Anatoli Ponomaryov “iki” aldı
10.05.2010 - 09:32
Türkiyə çempionatının I dəstəsində sonuncu turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının futbolçusu Anatoli Ponomaryovun çıxış etdiyi “Orduspor” səfərdə “Samsunspor”la “sülh” bağlayıb.
Komandaların hərəyə bir qol vurduğu matçda 28 yaşlı hücumçu start heyətində meydana çıxıb. 58-ci dəqiqədə əvəzlənən Anatolinin oyunu türk həmkarlarımız tərəfindən 2 ulduzla qiymətləndirilib. Digər həmyerlimiz Vitali Kovalyov isə “Kartalspor”un oyununu kənardan izləyib. Onun meydana çıxmadığı matçda komandası “Girəsunspor”la səfər oyununda uduzub – 2:5.
Qeyd edək ki, 34 oyuna 41 xal toplayan “Kartalspor” mövsümü 18 komanda arasında 14-cü, 44 xala malik “Orduspor” 8-ci yerdə bitirib.

0
0