“Rəhbərlik dəyişməsə, komandaya qayıtmayacağam”
10.05.2010 - 09:53
“Klubun rəhbərliyi dəyişməyənə qədər yenidən komandanın formasını geyinməyim inandırıcı görünmür”. Bu sözləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun futbolçusu Muammer Erdoğdu deyib.
Unibank Premyer Liqasının XXXI turunun “Olimpik-Şüvəlan”la qarşılaşmasını buraxan türkiyəli legioner komandada oynamaq istəməməyinin səbəbini açıqlayıb: “Özünüz hər şeyi görürsünüz. İndiki rəhbərliyin futboldan anlayışı elə də geniş deyil. Konkret icra başçısı Tofiq Zeynalov kluba rəhbərlik etdiyi müddətdə geri dönməyəcəyəm”.
Son tur zamanı “Turan”ın oyununda deyil, “Bakı” – “İnter” görüşündə olan Erdoğdu bunun gələcək karyerası ilə bağlı olmadığını bildirib: “Paytaxt klublarından biri ilə danışıqlar aparıram. Lakin bu “Bakı” klubu deyil”.
Qeyd edək ki, Muammerin “Bakı”nın vitse-prezidenti Tunc Afşarla yaxın münasibətləri var.

0
0