İvan Svetkovun yolu ilə gedən tapıldı - FOTO
10.05.2010 - 10:12
Azərbaycan milli komandasının futbolçusu Fərid Quliyev Unibank Premyer Liqasının 2009/10 mövsümünün tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu mövsümün ilk pokerinin müəllifi olub.
Sumqayıtın “Standard” klubunda çıxış edən Fərid “Karvan”la qarşılaşmada qonaqların qapısına 4 qol vurmaqla, bombardirlər yarışında zirvəyə də yüksəlib. Cari mövsüm ona qədər heç kim belə uğura imza atmamışdı.
Azərbaycan çempionatında sonuncu poker isə təxminən il yarım əvvəl qeydə alınıb. Ötən mövsümün MOİK - “Xəzər-Lənkəran” görüşündə İvan Svetkov coşmuşdu. Bolqarıstanlı futbolçu 4:0 hesabı ilə bitən matçda bütün qolların müəllifi kimi tarixə düşmüşdü. “Şəfa” stadionundakı həmin matç 2008-ci il sentyabrın 26-da baş tutmuşdu. Çempionatımızın növbəti pokerini gözləmək üçün isə 589 gün lazım gəldi.
Vüqar XEYRULLAYEV

0
0