“Neftçi” klubu yenə də Avropa Kuboklarından kənarda qaldı
10.05.2010 - 10:19
Unibank Premyer Liqasının XXXI turu Azərbaycanı avrokuboklarda təmsil edəcək komandaların adını rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, sonuncu turun və ölkə kubokunun final qarşılaşmasının nəticələrindən asılı olmayaraq, “Xəzər-Lənkəran”, “Bakı”, “İnter” və “Qarabağ” qitə miqyaslı turnirlərdə mübarizə aparacaq. Bu, “Neftçi”nin “Qəbələ” ilə səfər matçına qələbə qazana bilməməyindən sonra rəsmiləşib.
Bakılılar sonuncu turda “Qarabağ”ı məğlub etməklə, ən yaxşı halda IV pilləyə yüksələ bilər. Amma bu, “Bakı”nın “Xəzər-Lənkəran”la səfər oyunundakı məğlubiyyəti halında mümkündür. Çünki lənkəranlıların qələbəsi “Neftçi”nin xal hesabına görə həmşəhərlilərinə çatmasına, şəxsi oyunlara əsasən onları arxada qoymasına kifayət edəcək. Lakin “Bakı”nın məğlubiyyəti “Xəzər-Lənkəran”ın çempionluğunu, Cüneyt Biçərin yetirmələrinin isə kubokdan Avropa Liqasının ikinci təsnifat mərhələsinə çıxışına səbəb olacaq. Bir sözlə, Ağasəlim Mircavadovun yetirmələri çempion olmaqla, IV pillənin avrokuboklara yolunu bağlayacaq, xal itirməklə isə IV yeri “Neftçi” üçün əlçatmaz edəcək.
Qeyd edək ki, “Neftçi” ardıcıl ikinci ildir avrokuboklardan kənar qalır.
Vüqar XEYRULLAYEV

0
0