Son turun mümkün 27 variantı: Kim daha şanslıdır?
10.05.2010 - 11:34
Son turun mümkün 27 variantı: Kim daha şanslıdır?
Mayın 15-də keçiriləcək Unibank Premyer Liqasının XXXII turu həlledici xarakter daşıyacaq. Apasport.az saytının məlumatına görə, sonuncu turun qarşılaşmaları qızıl, gümüş və bürünc medalların sahiblərini müəyyənləşdirəcək. Bu oyunlar ərəfəsində 27 xalı olan “Xəzər-Lənkəran”la yanaşı, bir xal geri qalan “İnter” və “Qarabağ”, 25 xala malik “Bakı”da bütün əyarlı mükafatlara ümid edə bilər. XXXII turda 27 nəticə variantı mümkündür ki, bu ehtimallar medalların müxtəlif cür paylanmasını mümkün edir.

XXII turun oyunları
15 MAY


“Xəzər-Lənkəran” – “Bakı”
“İnter” – “Qəbələ”
“Neftçi” – “Qarabağ”

1. “Xəzər-Lənkəran” qalib gələrsə...
...çempion olub, “Bakı”nı medallara həsrət qoyacaq. Gümüş və bürüncün taleyi “İnter”lə “Qarabağ”dan asılı olacaq.
...hansı komanda son turda daha çox xal qazansa, ikincilik onun olacaq.
...hər iki klub eyni nəticəyə imza atsa, gümüş ötən ilki kimi “İnter”ə qismət olacaq.

2. “Xəzər-Lənkəran” heç-heçə edərsə...
...hər şey digər oyunlardan asılı olacaq.
...“İnter”lə “Qarabağ” qalib gələrsə, bu iki komanda arasında “Qızıl oyun” keçiriləcək, lənkəranlılar bürünclə kifayətlənəcək.
...“İnter”lə “Qarabağ”dan biri qalib gəlib, digəri heç-heçə etsə, qalib qızıl, “Xəzər-Lənkəran” gümüş, xal itirən bürünc medal qazanacaq.
...“İnter”lə “Qarabağ”dan biri qalib gəlsə, digəri uduzsa, qalib komanda çempion titulunu ələ keçirəcək. Gümüş lənkəranlıların, bürünc “Bakı”nın olacaq. Çünki onlar eyni xala malik ola biləcəkləri komandanın kimliyindən asılı olmayaraq - həm “İnter”, həm də “Qarabağ”la şəxsi oyunlarda üstündür.
...“İnter”lə “Qarabağ”dan heç biri qalib gəlməzsə, “Xəzər-Lənkəran” çempionluğa qovuşacaq. Gümüş bu iki komandadan hansı heç-heçə etsə, onun olacaq. Hər 3 matç sülhlə bitsə “İnter” 2-ci, “Qarabağ” 3-cü yeri tutacaq.
...“İnter”lə “Qarabağ”ın biri heç-heçə etsə, digəri məğlub olsa, uduzan iddiaçı mövsümü medalsız bitirəcək. Digəri isə bürünclə kifayətlənəcək. Gümüş “Bakı”ya çatacaq.
...“İnter”lə “Qarabağ”ın hər ikisi uduzsa, şəxsi oyunlara görə “Bakı” gümüş, “İnter” bürünc, “Qarabağ” əliboş qalacaq.

3. “Bakı” Lənkəranda qalib gələrsə
... “Xəzər-Lənkəran”ı səfərdə məğlub edəcəyi halda, “Bakı” aranı qarışdıracaq.
... ...“İnter”lə “Qarabağ” qalib gələrsə, bu iki komanda arasında “Qızıl oyun” keçiriləcək, “Bakı” bürünclə kifayətlənəcək. “Xəzər-Lənkəran” medalsız qalacaq.
...“İnter”lə “Qarabağ”dan biri qalib gəlsə, digəri heç-heçə etsə, qalib qızıl, “Bakı” gümüş medalın sahibi olacaq. Bürünc isə heç-heçə edən iddiaçının olacaq. Çünki həm “İnter”, həm də “Qarabağ”ın heç-heçəsi onların şəxsi oyunlara əsasən “Xəzər-Lənkəran”ı medalsız qoymağa yetəcək.
...“İnter”lə “Qarabağ”dan biri qalib gəlsə, digəri uduzsa, qalib komanda çempion titulunu ələ keçirəcək. Gümüş “Bakı”ya, bürünc “Xəzər-Lənkəran”a nəsib olacaq.
...“İnter”lə “Qarabağ” heç-heçə edərsə, lənkəranlılar medalsız qalır. “Bakı” birinci olur. Digər üç komandanın xalı bərabər olduğundan, “Qarabağ” gümüş, “İnter” bürünc sahibi olur.
... “İnter”lə “Qarabağ”dan biri heç-heçə edib digəri uduzarsa, “Bakı” çempion, heç-heçə edən iddiaçı ikinci, “Xəzər-Lənkəran” üçüncü olur.
... “İnter”lə “Qarabağ”ın hər ikisi uduzarsa, iddiaçılar “Bakı”, “Xəzər-Lənkəran”, “İnter” ardıcıllığı ilə düzüləcək.

Son turun mümkün 27 variantı

“Xəzər-Lənkəran” – “Bakı”

“İnter” – “Qəbələ”

“Neftçi” – “Qarabağ”

Çempion

II yer

III yer

2

2

0

Xəzər-Lənkəran – 30

İnter - 29

Qarabağ – 29

2

2

1

Xəzər-Lənkəran – 30

İnter – 29

Qarabağ – 27

2

2

2

Xəzər-Lənkəran – 30

İnter – 29

Qarabağ – 26

2

1

0

Xəzər-Lənkəran – 30

Qarabağ – 29

İnter - 27

2

1

1

Xəzər-Lənkəran – 30

İnter – 27

Qarabağ – 27

2

1

2

Xəzər-Lənkəran – 30

İnter - 27

Qarabağ – 26

2

0

0

Xəzər-Lənkəran – 30

Qarabağ – 29

İnter - 26

2

0

1

Xəzər-Lənkəran – 30

Qarabağ – 27

İnter - 26

2

0

2

Xəzər-Lənkəran – 30

İnter - 26

Qarabağ - 26

1

2

0

Qızıl oyun (İnter, Qarabağ) - 29

Xəzər-Lənkəran - 28

1

2

1

İnter – 29

Xəzər-Lənkəran – 28

Qarabağ – 27

1

2

2

İnter - 29

Xəzər-Lənkəran - 28

Bakı – 26

1

1

0

Qarabağ - 29

Xəzər-Lənkəran – 28

İnter – 27

1

1

1

Xəzər-Lənkəran – 28

İnter – 27

Qarabağ – 27

1

1

2

Xəzər-Lənkəran – 28

İnter - 27

Bakı - 26

1

0

0

Qarabağ - 29

Xəzər-Lənkəran - 28

Bakı – 26

1

0

1

Xəzər-Lənkəran – 28

Qarabağ - 27

Bakı - 26

1

0

2

Xəzər-Lənkəran - 28

Bakı - 26

İnter - 26

0

2

0

Qızıl oyun
(İnter, Qarabağ) – 29

Bakı - 28

0

2

1

İnter – 29

Bakı – 28

Qarabağ - 27

0

2

2

İnter - 29

Bakı – 28

Xəzər-Lənkəran – 27

0

1

0

Qarabağ - 29

Bakı – 28

İnter - 27

0

1

1

Bakı – 28

Qarabağ - 27

İnter - 27

0

1

2

Bakı – 28

İnter – 27

Xəzər-Lənkəran – 27

0

0

0

Qarabağ - 29

Bakı – 28

Xəzər-Lənkəran - 27

0

0

1

Bakı – 28

Qarabağ – 27

Xəzər-Lənkəran - 27

0

0

2

Bakı - 28

Xəzər-Lənkəran - 27

İnter - 26


Vüqar XEYRULLAYEV