Ukraynalı futbolçu “Simurq” klubundan ayrıldı
10.05.2010 - 12:07
Ukraynalı futbolçu “Simurq” klubundan ayrıldı
Zaqatalanın "Simurq" klubu ukraynalı qapıçısı Taras Çopiklə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, 37 yaşlı qolkiper "Muğan"la oyundan öncə Azərbaycanı tərk edib. Gediş qarşılıqlı razılaşma əsasında baş tutub. Belə ki, Taras Zaqatalada komanda yoldaşları və rəhbərliklə vidalaşaraq, vətəninə yollanıb.

"Muğan"a 1:3 hesabı ilə uduzduğu oyunda olduğu kimi, son turda da "Simurq"un qapıçısını gənc Səbuhi Əhmədov qoruyacaq.

Qeyd edək ki, cari mövsüm ərzində “Simurq” ciddi qapıçı problemi ilə üzləşib. Belə ki, Rauf Mehdiyevin qovulmasından, Səbuhi Əhmədovun zədələnməsindən sonra Taras Çopik geri qaytarılmışdı. Müqaviləsinin müddəti davam etdiyindən oynamasında problem yaranmamışdı.