“Yatmağa yerim var, buna şükür etmək lazımdır”
10.05.2010 - 13:20
“Ayağımda zədə var. Həkimlər bunun bərpası üçün 3-4 həftəyə ehtiyac olduğunu bildiriblər. Ola bilsin ki, Azərbaycan kubokunun final görüşündə meydana çıxdım. Hazırda fərdi məşqlərə başlamışam, yüngül qaçışla kifayətlənirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun müdafiəçisi Kürşat Duymuş deyib.
Yaydan paytaxt təmsilçisinin formasını geyinən türkiyəli futbolçu Azərbaycan mühitinə uyğunlaşdığını bildirib: “Təbii ki, Azərbaycana gəldikdə bəzi problemlərlə üzləşdik. Necə ki, azərbaycanlı qapıçı Vitali Kovalyov Türkiyəyə “Kartalspor”a gələndə eyni problemi yaşamışdı. Mən ona kömək etdiyim kimi, burda da mənə kömək etdilər. Artıq 4 aydır ki, Azərbaycandayam. Dilimiz və dinimiz bir olduğu üçün bura Türkiyədən böyük mənada fərqlənmir. Artıq ailəm - həyat yoldaşım və övladım da Bakıya gəlib. Bundan sonra bütün işlər yoluna düşüb. Yatmaq üçün yerim, çörəkpulu qazanmaq üçün iş yerim var. Buna şükür etmək lazımdır”.
31 yaşlı müdafiəçi yayda həmyerlisi Bülənt Korkmazın dəvətini qəbul edərək, ölkəmizə gəlib. O, bildirib ki, Korkmazın istefasından sonra “Bakı”da ona münasibət dəyişməyib: “Əlbəttə, mən bunu dana bilmərəm. Korkmazın istəyi ilə “Bakı” klubuna transfer olunmuşam. Amma mən Korkmazla deyil, klubla müqavilə bağlamışam. Korkmazın gedişindən sonra burada heç bir problemlə qarşılaşmadım. Açığı, bir dəfə Türkiyədə də eyni hal baş vermişdi. Məni kluba gətirən məşqçi tez bir zamanda istefa vermişdi. Lakin onun gedişi mənim oyunuma pis təsir göstərmədi. Hazırkı klubumla müqaviləm var və buna sadiqəm”.
Duymuş növbəti mövsümdə də "Bakı"nın heyətində çıxış etmək istədiyini söyləyib: “Bakı” ilə 1,5 illik müqaviləyə imza atmışdım. Artıq bunun 6 ayı gedib. Zədə almağıma baxmayaraq, Azərbaycanda gözəl günlərim də olub. Burada qalmaqdan, futbol oynamaqdan, göstərilən münasibətdən razıyam. Peşəkar futbolçuyam. Müqaviləm başa çatana qədər, Azərbaycanda qalıb “Bakı”ya xidmət etməyə hazıram”.
Qeyd edək ki, Kürşat Duymuş "Bakı"ya gəlməzdən öncə vətənində tanınmış klubların – “Beşiktaş” və” Trabzonspor”un formasını geyinib.

0
0