Kuranyi “Beşiktaş”a “yox” dedi
10.05.2010 - 12:35
Kuranyi “Beşiktaş”a “yox” dedi
Almaniya yığmasının futbolçusu Kevin Kuranyinin Türkiyənin “Beşiktaş” klubuna keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, Kuranyi karyerasını Türkiyə deyil, Rusiyada davam etdirmək qərarına gəlib. “Şalke”nin artıq sabiq hücumçusu Moskvanın “Dinamo” klubu ilə anlaşıb. Üçillik müqavilə imzalayan Kevinin yaxın günlərdə təqdimat mərasimi keçirilməlidir.