Quti “Qalatasaray”a gəlmək istəyir
10.05.2010 - 12:46
Ötən mövsüm istədiyi futbolçuları heyətinə qata bilməyən “Qalatasaray” bu dəfə güclü heyət qurmaq üçün plan hazırlayıb. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ın yarımmüdafiəçisi Quti “Cim Bom”un transfer siyahısına düşüb.
Quti “Marka” qəzetinə açıqlamasında “Qalatasaray”ın maraq dairəsinə düşdüyünü bildirib: “Türk futboluna bələdəm və məni oraya aparan əsas qüvvə “sarı-qırmızılar”ı Frank Raykaard kimi baş məşqçinin çalışdırmasıdır. Onun oyun fəlsəfəsi ilə mənim oyunum üst-üstə düşür”.
“Real”la 1 illik müqaviləsi olan futbolçu tezliklə klub rəsmiləri ilə danışacağını və son qərarını verəcəyini bildirib.
“Marka” qəzetinin yazdığına görə, hələ danışıqlar yekunlaşmasa da, transferi reallaşdırmaq üçün Qutiyə 2 illik müqavilə və kapitanlıq təklif edilib.

0
0