Yığmamızın Belarusla oyunu saat 21:00-da başlayacaq
10.05.2010 - 13:00
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avro-2011-dəki son oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin X seçmə qrupundakı çıxışlarını sentyabrın 7-də bitirəcək Bernard Lippertin yetirmələrinin Belarusla qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Yığmamızın səfər matçının başlayacağı vaxtı açıqlayan UEFA-nın rəsmi internet saytı matçın harada keçiriləcəyi və qarşılaşmanın hakimləri ilə bağlı qeyri-müəyyənliyə hələ ki, son qoymayıb.
Qeyd edək ki, 6 oyundan sonra topladığı 1 xalla 5 komanda arasında sonuncu olan millimiz sentyabrın 4-də Albaniyanı qəbul edəcək. Lakin bu oyunun başlama saatı hələ müəyyənləşməyib.

0
0