“Karvan”ın futbolçuları üçün 50 saata 2 oyun
10.05.2010 - 13:55
9 futbolçu Azərbaycan çempionatında təxminən 50 saata 2 oyun keçirib. Apasport.az saytının məlumatına görə, Yevlaxın “Karvan” klubunun əsas komandasının futbolçularının meydana çıxmaqdan imtina etməsi, əvəzediciləri onları məcbur etmək məcburiyyəti ilə üz-üzə qoyub. Bu səbəbdən də mayın 7-də saat 17:00-da başlayan görüşdə “Standard”la görüşən ikinci komanda iki gün sonra rəqibinin əsas heyəti ilə qarşılaşıb.
Lakin əvəzedicilərin oyunundan fərqli, mayın 9-da saat 17:15-də baş tutan görüş Yevlaxda yox, Sumqayıtda keçirilib. Bu isə bir oyunun qurtarmasından digərinin başlamasına qədər olan 46 saat yarım ərzində komandanın uzun məsafə qət etməsi deməkdir. “Karvan”ın 9 futbolçusu - Asif Səfərov, Pərviz Musayev, Saməddin Abdullayev, Elgün Musayev, Süleyman Sadıqov, Mehman Abdullayev. Nicat Məmmədzadə, Vüqar Cabbarov, Ruslan Hüseynov hər iki komandada “Standard”a qarşı oynaya bilib.
Qeyd edək ki, əvəzedicilərin oyununda yevlaxlılar 2, əsas komandalarda isə sumqayıtlılar 6 cavabsız qol vurub.

0
0