“Fənərbaxça”dan yeni rekord!
10.05.2010 - 14:18
“Fənərbaxça”dan yeni rekord!
“Fənərbaxça” klubu “Ankaragücü” ilə Superliqada keçirdiyi son matçda yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, müdafiədə səhvsiz oynayan İstanbul təmsilçisi bu qarşılaşmada da rəqibin fərqlənməsinə imkan verməyib. Nəticədə 9-cu dəfə qapısını toxunulmaz saxlamağı bacaran Kristof Daumun yetirmələri 46 illik rekordu təzələyiblər.

Qeyd edək ki, “sarı-lacivərdlilər” son dəfə 1963/1964-cü illər mövsümündə 8 matçda qapılarında qol görməmişdilər.