Litvalı futbolçu “İnter”i tərk etməsinin səbəbini açıqladı - FOTO
11.05.2010 - 09:23
Litvalı futbolçu “İnter”i tərk etməsinin səbəbini açıqladı - FOTO
Bakının “İnter” klubunun sabiq futbolçusu Tomas Rajanauskasın Azərbaycanı tərk etməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi il yarım oynadığı komandadan ayrılmasının səbəbsiz olmadığını açıqlayıb.

Rajanauskas UEFA-nın rəsmi internet saytına açıqlamasında bildirib ki, 2007/08 mövsümündə Azərbaycan çempionu olduğu klubu tərk etdikdən sonra bir sıra təkliflər də alıbmış. Lakin onu “İnter”dən ayıran səbəb vətənə qayıtmağa vadar edib: “Yoldaşım hamilə idi. O, ikinci uşağı gözləyirdi. Belə durumunda yanında olmaq, ona kömək etməli idim. Həm də il yarım Azərbaycanda oynamağım kifayət idi. Evimə yaxın yaşamaq və oynamaq istəyirdim”.

Qeyd edək ki, “İnter”dən sonra vətəninə qayıdıb “Jalgiris” və “Vetra”da çıxış etməklə, 5 illik fasilədən sonra yenidən Litva yığmasına dəvət almağa başlayıb.