Avroliqada daha 3 potensial rəqibimiz bilindi
11.05.2010 - 09:27
Azərbaycan klublarının Avroliqada daha üç potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İsveç, Danimarka və Finlandiya UEFA-nın keçirdiyi “Fair Play” müsabiqəsinin qalibləri kimi, ölkələrinə Avroliqanın 1-ci təsnifat mərhələsində əlavə yer qazandırıb. Qalibləri müəyyənləşdirmək üçün UEFA-nın bayrağı altında ötən ilin mayın 1-dən bu ilin aprelin 30-dək keçirilən oyunların nəticələri nəzərə alınıb. Qaydaya əsasən, ilk üç yeri tutan ölkə əlavə vəsiqə qazanırdı. Bunlar İsveç (79 oyun, 8,275), Danimarka (74 oyun, 8, 189) və Finlandiya (63 oyun, 8, 147) olub. Həmin ölkələri çempionatın yekununa əsasən “Qefle”, “Randers” və “MüPA-47” klubları təmsil edəcək.
Qeyd edək ki, “Qefle” və “Randers”dən fərqli, “MüPA-47” klublarımızla avrokuboklarda görüşüb. Bu, 1996-cı ilin avqustunda, artıq tarixin yaddaşına köçən Kuboklar Kubokunda baş verib. Ağdamın “Qarabağ” klubu ilə görüşən Finlandiya təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesablı qələbə qazanıb. Komandamız səfərdə cavab oyununda eyni hesabla qalib gəldiyindən, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. “MüPA-47” son dəqiqələrdə hesabı bərabərləşdirməklə (1:1), növbəti mərhələyə çıxıb. Ölkəmizi avrokuboklarda təmsil edən klublar artıq bilinsə də, “Xəzər-Lənkəran”, “İnter”, “Qarabağ” və “Bakı”dan hansıların Avroliqanın ilk təsnifat mərhələsində oynayacağı hələ dəqiqləşməyib.

0
0