Yığmamızın rəqibi qalmaqalla üzləşdi
11.05.2010 - 09:45
Azərbaycan milli komandasının növbəti yoldaşlıq görüşündə rəqibi olan Moldova yığmasında qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, rəqibin baş məşqçisi Qabi Balint Moldova Futbol Federasiyasına müraciətində “Daçiya” klubunun üzvlərini cəzalandırmağa çağırıb.
Rumın mütəxəssisi narazı salan həmin klubun yerli futbolçularını legionerlərdən ibarət yığma ilə yoldaşlıq görüşündə oynamasına qadağa qoymasıdır. Bu səbəbdən “Daçiya”nın rəhbərliyini tənqid edən Balint onların futbolçularının yığmamızla mayın 26-da Avstriyada keçiriləcək oyuna çağırmamağının mümkünlüyünə işarə vurub: “Mən “Daçiya” rəhbərliyinin futbolçularını Moldova yığmasına buraxmamağından çox narazı qalmışam. Futbolçuların heç bir günahı yoxdur. Onların belə etməyə məcbur ediblər. Federasiyaya “Daçiya”nın futbolçularını diskvalifikasiya etməyi təklif edirəm. Qurumun reqlamenti bunun mümkünlüyünü nəzərdə tutur. Düzdür, həmin oyun rəsmi olmadığından bunu etmək çətindir. Ancaq heç kim ölçü götürməsə, mən bunu edəcəyəm. Gələcəkdə “Daçiya”nın futbolçularını yığmaya çağırmaya dəyib-dəyməsi haqda fikirləşəcəyəm. Bunu indi etmək lazımdır ki, gələcəkdə başqa klub belə hərəkət etməsin. Əgər qayda-qanunu düzəltməsək, heç nəyə nail olmayacağıq”.
Qeyd edək ki, Azərbaycan – Moldova yoldaşlıq görüşü mayın 26-da Avstriyada baş tutacaq.

0
0