Futbolçularımızın Türkiyə macəraları
11.05.2010 - 10:29
Azərbaycanlı futbolçular Türkiyədə 18 oyun keçiriblər. Apasport.az saytının məlumatına görə, birinci dəstə klublarında çıxış edən Anatoli Ponomaryov və Vitali Kovalyov üçün 2009/10 mövsümü bitib.
“Orduspor”a qışda transfer olunan 28 yaşlı hücumçu 1 kubok və 12 çempionat matçında meydana çıxıb. Ponomaryov kubokdakı görüşdə oynadığı 90 dəqiqəyə Türkiyə mətbuatından 2 ulduz alıb. Ölkə çempionatında isə Anatoli 12 matça çıxaraq, 1 qol vurub və 1 dəfə sarı vərəqə ilə cəzalanıb. Bu oyunlarda üst-üstə 25 ulduz alan (hər oyuna 2,07) Ponomaryov 11 dəfə start heyətində yer alıb. “Kartalspor”un qapısını qoruyan Kovalyov isə 5 matçda əvəzlənmədən iş başında olub. O, iki sarı vərəqə ilə yanaşı, 7 dəfə qapısında qol görüb. Ümumilikdə, türk həmkarlarımızdan 9 ulduz alan Vitali orta hesabla 1,80-lə dəyərləndirilib.

0
0