Milli komandamızda iki debütant
11.05.2010 - 11:10
Azərbaycan milli komandasının Avstriyadakı hazırlıq prosesinə aparılacaq heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts 25 nəfərlik siyahıya iki debütanta yer verib.
Bunlar ilk dəfə çağırılan “Qəbələ”nin gənc futbolçuları Vurğun Hüseynovla Arif Daşdəmirovdur. Onları seleksiya prosesindən seçən Foqts həmin toplanışa çağırdığı, Türkiyənin “Orduspor” klubunda oynayan hücumçu Anatoli Ponomaryova dəvət göndərməyib. Hərçənd, yığmamızın qarşıdakı yoldaşlıq görüşündə hücumçu sarıdan korluq çəkdiyi siyahıda da görünür. Yığmamızın əsas qapıçısı Kamran Ağayev əməliyyat olunarsa, onun əvəzinə “Bakı”dan gənc həmkarı Aqil Məmmədov dəvət olunacaq.
Milli komandamız mayın 19-dan 22-dək Bakıda, mayın 23-dən iyunun 2-dək isə Avstriyanın Saynt Yohan şəhərində təlim-məşq toplanışında olacaq və iyunun 3-dən 5-dək Almaniyanın Frankfurt şəhərində tibbi müayinədən keçəcək. Təlim-məşq toplanışı çərçivəsində millimiz mayın 26-da Moldova, mayın 29-da Makedoniya, iyunun 2-də isə Honduras yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Qapıçılar: Kamran Ağayev (“Xəzər-Lənkəran”), Fərhad Vəliyev (“Qarabağ”), Səlahət Ağayev (“İnter”)
Müdafiəçilər: Rəşad Sadıqov, Elnur Allahverdiyev, Maksim Medvedev (hamısı “Qarabağ”), Saşa Yunisoğlu (“Bakı”), Ruslan Abışov, Rail Məlikov (hər ikisi “Neftçi”), Vladimir Levin (“İnter”), Vurğun Hüseynov (“Qəbələ”)
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Xəzər-LƏnkəran”), Samir Abasov, Aleksandr Çertoqanov (hər ikisi “İnter”), Araz Abdullayev, Amit Quluzadə, Cavid Hüseynov (hamısı “Neftçi”), Mahir Şükürov (“Anji”, Rusiya), Elvin Məmmədov, Əfran İsmayılov (hər ikisi “Qarabağ”), Fabio Luis Ramin (“Bakı”), Arif Daşdəmirov (“Qəbələ”)
Hücumçular: Rauf Əliyev (“Qarabağ”), Fərid Quliyev (“Standard”), Vaqif Cavadov (“Tvente”, Hollandiya)

0
0