Vaqif Sadıqov: Görək, kimin bizə ehtiyacı olacaq
11.05.2010 - 11:40
Vaqif Sadıqov: Görək, kimin bizə ehtiyacı olacaq
“Neftçi”dən ayrıldıqdan sonra heç bir klubdan dəvət almamışam. Çempionatın gedişində yeni işə başlamağım onsuz da real görünmürdü. Odur ki, belə bir dəvəti gözlədiyimi deyə bilmərəm. Hazırda ev işlərinə daha çox vaxt ayırıram, uşaqların qayğıları ilə maraqlanıram”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının "Neftçi" klubunun sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.

51 yaşlı mütəxəssis Unibank Premyer Liqasının təsnifat mərhələsində "İnter”ə 0:1 hesabı ilə uduzduqdan sonra istefa verib. Bununla belə, Sadıqov qısa zamanda yenidən futbola qayıtmağa hazır olduğunu bildirib: “Müəyyən istirahətə ehtiyacım vardı. Artıq özümü rahat hiss edirəm. Təbii ki, futbol bizim əsas işimizdir. Yenə bu sahədə çalışmaq istərdim. Görək, kimin bizə ehtiyacı olacaq”.

Qeyd edək ki, Vaqif Sadıqovun istefasından sonra "Neftçi"nin baş məşqçisi funksiyasını Arif Əsədov yerinə yetirir.