“Bakı” qabağa düşdü
11.05.2010 - 11:55
“Bakı” qabağa düşdü
“Bakı” klubu Azərbaycan kubokunun “Xəzər-Lənkəran”la final oyununun nominal ev sahibi olacaq. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, həlledici qarşılaşmanın nominal ev sahibi finalçıların nümayəndələrinin iştirakı ilə keçirilən püşkatmanın nəticəsində müəyyənləşib. Püşk matçın “Bakı” – “Xəzər-Lənkəran”, yoxsa “Xəzər-Lənkəran” – “Bakı” kimi təqdim olunmasına aydınlıq gətirməli idi. Buna əsasən son ölkə çempionu "Bakı" kubokun final oyununa ev sahibi qismində çıxış edəcək.

Qeyd edək ki, XVIII Azərbaycan kubokunun "Bakı" - "Xəzər Lənkəran" final oyunu mayın 23-də elə paytaxt təmsilçisinin ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Final oyunu saat 20:00-da başlayacaq.