“Neftçi” - SSRİ görüşünün vaxtı və yeri dəyişdirildi
11.05.2010 - 12:01
"Neftçi" və SSRİ veteranları arasında keçiriləcək oyunun vaxtı və məkanında dəyişiklik edilib. Bu barədə apasport.az saytına "Neftçi" Veteran Klubunun prezidenti Oqtay Abdullayev məlumat verib. O, matçın "Şəfa" stadionunda keçiriləcəyini bildirib: "Dəyişikliyin müxtəlif səbəbləri var. Bildiyiniz kimi, mayın 14-də AFFA-nın təşkilatçılığı ilə tələbə liqasının açılışı olacaq. Biz də məhz həmin gün açılış mərasiminin olacağı "Şəfa"da oynayacağıq".
AFFA və "Neftçi" veteran klubu bu addımı azarkeş toplamaq üçün atıb: "Əlbəttə, boş tribunalar önündə oynamaq çətindir. SSRİ yığmasının Azərbaycana gəlməsinə şərait yaradan AFFA həmin gün “Şəfa”da anşlaqın olacağını nəzərə alıb, oyunu məhz bura təyin etdi. 20 nəfərlik SSRİ yığması mayın 13-də Bakıda olacaq. Ələkbər Məmmədovun 80 illik yubileyinə həsr olunmuş oyun bir gün sonra saat 14:00-da başlanacaq".
Qeyd edək ki, əvvəlcədən oyunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılmışdı.

0
0