AFFA 3 klubu cəzalandırdı
11.05.2010 - 13:21
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə komitə üzvləri ötən həftə keçirilən matçlarda baş verənləri müzakirə edərək, hüquqi qiymət veriblər. İclasda 3 klub - “Simurq”, “Qəbələ” və “Bakı” əsas komandalarına görə cəzalanıb.
Unibank Premyer Liqasının XXXI turunun “Muğan” – “Simurq” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “Neftçi” ilə oyunda eyni hala yol verən “Qəbələ”nin cəzası da belə olub. Oyunun 21-ci dəqiqəsində azarkeşlər tərəfindən meydançaya kənar əşya atılması isə qəbələlilərə daha 2000 ziyan vurub.
Azərbaycan kubokunun 1/2 final mərhələsinin “İnter”lə “Bakı” arasındakı cavab oyunu qonaqlara baha başa gəlib. “Bakı” klubunun nümayəndəsi Yüksəl Kepoğlu 65-ci dəqiqədə texniki zona qaydalarını pozduğu üçün 1 oyunluq cəzalanıb və paytaxt təmsilçisini 2000 manat ziyana salıb. Klub matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan Vadim Boretsə görə də 200 manat ödəyəcək. Legioner isə finalı buraxmalıdır.

0
0