“Həmin legionerlərin məşqə çıxması, bizə ziyan vura bilərdi”
11.05.2010 - 14:16
“Əvvəldən də demişdim ki, legionerlərə mövsümün son oyunlarında şans veriləcək. Bundan istifadə edə bilməyənlərlə yollarımızı ayıracağıq. Artıq həmin vaxt gəlib çatdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Ardıcıl ikinci mövsüm avrokuboklardan kənarda qalan “ağ-qaralar” heyətlə bağlı ciddi islahatlar aparıb. Nəticədə 6 legioner – Adrean Neaqa, Marian Aliuta, Suat Usta, Taavi Rahn, Vladimir Voskoboynikov və Valter Quqlemon komandadan kənarlaşdırılıb. Əsədovun fikrincə, bu gün onların məşqə buraxılmamağı da lazımı anda atılan addım imiş: “Cari mövsümdə hələ bir oyunumuz qalsa da, artıq avrokuboklardan kənarda qalmağımız rəsmiləşib. Belə olan halda, həmin oyunçular “Qarabağ”la son turdakı görüşə motivasiyasız çıxacaqdılar. Xidmətində maraqlı olmadığımız futbolçuların məşqdə olması ziyanımıza ola bilərdi. Bu səbəbdən onlarla söhbət etdik və qərarımızı diqqətlərinə çatdırdıq. Komandaya yeni nəfəs lazımdır. Vidalaşacağımız legionerlərə isə çempionat bitməmiş özlərinə yeni klub axtarmağa imkan yaradırıq”.
Sözsüz ki, komandadan kənarlaşdırılan futbolçular arasında əsas diqqəti çəkən Neaqadır. “Neftçi”nin cari mövsümdə bombardiri olan 31 yaşlı rumın hücumçu 11 qolla uzun müddət çempionatın ən məhsuldar futbolçular siyahısına başçılıq etdi. Baş məşqçinin fikrincə, Adrean əvvəlki oyununu göstərmirdi: “Neaqa da artıq tükənmişdi. Bu, hiss olunurdu. Ona demişdik ki, avrokuboklara çıxa bilməsək, 80 faiz gedəcəksən. Neaqa vəziyyəti düzgün başa düşdü, çıxarılan qərarı normal qarşıladı. Legioner yerli futbolçudan mütləq seçilməlidir. Hətta deyərdim ki, ondan 10 faiz yox, ikiqat güclü olmalıdır”.
Mehman SÜLEYMANOV

0
0