“Neftçi”nin bəyənmədiyi “altılıq”
11.05.2010 - 14:32
“Neftçi”nin bəyənmədiyi “altılıq”
Bakının “Neftçi” klubu 2009/10 mövsümündəki əsas “silah”ından məhrum olub. Apasport.az saytının məlumatına görə, bu gün 6 futbolçunu komandadan qovan rəhbərlik “ağ-qaralar”ın Unibank Premyer Liqasında ən çox qol vuran futbolçusu Adrian Neaqanın xidmətindən imtina edib. Təkcə qovulanlar arasında deyil, bütün “Neftçi”də cari çempionatda ən çox oyun keçirən futbolçu ilə yanaşı, oyun sayında 6-cı olan həmyerlisi Marian Aliuta da klubsuz qalıb. Ümumilikdə, klubdan qovulanların heç biri Premyer Liqa tarixində “Neftçi”də 50 oyun səddini aşa bilməyib.

Ötən mövsümün ən yaxşı bombardiri olduqdan sonra “İnter”i “Neftçi”yə dəyişən Uruqvay milli komandasının sabiq futbolçusu Valter Quqlemon da qovulanlar arasında yer alıb.

1

2

3

4

5

6

7

8

9

Adrian Neaqa

30 (2574)

11 (6)

7

1 (90)

0

0

43

16

Marian Aliuta

24 (1498)

3

4

2 (107)

2

0

31

5

Valter Quqlemon

22 (1328)

2 (1)

3

4 (228)

2

0

66

30

Suat Usta

20 (1447)

0

6 (1)

2 (135)

0

1

37

1

Tavi Ryahn

19 (1710)

0

5

2 (180)

0

1

19

0

Vladimir Voskoboynikov

9 (507)

1

2

2 (135)

0

0

9

1


1 – qovulan futbolçu, 2 – 2009/10 mövsümündə Premyer Liqada oyun (dəqiqə), 3 - 2009/10 mövsümündə Premyer Liqada qol (penaltidən), 4 - 2009/10 mövsümündə Premyer Liqada vərəqə (qırmızı), 5 - 2009/10 mövsümündə kubokda oyun (dəqiqə), 6 - 2009/10 mövsümündə kubokda qol (penaltidən), 7 - 2009/10 mövsümündə kubokda vərəqə (qırmızı), 8 – Premyer Liqa tarixində oyun, 9 – Premyer Liqa tarixində qol.

Vüqar XEYRULLAYEV