Arif Əsədov: Onlar da “Neftçi”dən uzaqlaşdırılacaq
11.05.2010 - 14:44
“Əvəzedici heyətə göndərdiyim legionerlərin yeni mövsümdə xidmətində maraqlı deyiləm. Vladimir Miçoviç, Nazar Bayramov, Valentin Atemin də müqavilələri bitmək üzrədir və onlar da gedənlər arasında olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Gənc çalışdırıcı Unibank Premyer Liqasının final mərhələsinin I dövrəsində “Qarabağ”la səfər oyununda sonra üç legioner – serbiyalı qapıçı Vladimir Miçoviç, türkmən yarımmüdafiəçi Nazar Bayramov və kamerunlu hücumçu Valentin Atemi əsas komandadan kənarlaşdırmaqla bağlı qərar verdi. Əsədovun sözlərinə görə, bu “üçlüy”ü yollarını ayırdıqları legionerlərin aqibəti gözləyir: “Heyətimizdə olan legionerlərdən dördünü saxladıq. Bunlar litvalı Paulius Qribauskas, eston müdafiəçi Dmitri Kruqlov, rumın yarımmüdafiəçi Leonard Naydin və braziliyalı hücumçu Joze Karlosdur. Düzdür, Karlos az oynayıb, daha çox ehtiyatda qalıb. Ancaq onunla bağlı qərar verərkən, bir sıra məqamları nəzərdə aldıq. Əvvəla, Karlos hələ gəncdir, 22 yaşı var. Bu da legionerə üstünlük verir. Joze potensialımızı artıra bilər”.
Əsədov özünün də gələcək taleyinə hələ tam aydınlıq gəlmədiyini söyləyib: “Mənim “Neftçi” ilə müqaviləm mövsümün sonunda bitir. Hələ mövsüm qurtarmayıb, bir oyunumuz qalıb. Baş məşqçi postunda qalıb-qalmayacağım mövsüm bitəndən sonra bilinəcək”.
Qeyd edək ki, mövsüm bitəndən sonra “Neftçi”nin prezidenti Sadıq Sadıqov geniş toplantı keçiriləcək və orada yeni mövsümlə bağlı planlara aydınlıq gələcək.
Mehman SÜLEYMANOV

0
0