Arif Daşdəmirov: Berti Foqtsun mənə simpatiyası var
11.05.2010 - 15:10
“Milli komandaya çağırılacağımı gözləyirdim. Aldığım dəvət mənim üçün çox xoşdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun futbolçusu Arif Daşdəmirov deyib.
Milli komandamızın bu gün açıqlanan heyətində yer alan Arif debütant olsa da, 21 və 19 yaşlılardan ibarət yığmalarımızın sabiq üzvüdür. Əsas komandamızın baş məşqçi Berti Foqtsun seleksiya xarakterli təlim-məşq toplanışında seçdiyi 23 yaşlı yarımmüdafiəçini Avstriyadakı təlim-məşq toplanışına aparacaq: “Milli komandaya düşməyim çox vacib idi. Bunun reallaşması mənim çox müsbət haldır. Fikrimcə, bu yaşda milli komandaya çağırılmağım mənim üçün irəliyə doğru böyük bir addımdır. Artıq orada özümü ən yaxşı tərəfdən göstərmək üçün imkan yaranıb. Belə şansı əldən buraxmaq olmaz. Öz üzərində çox işləyib, özünü sübut etmək lazımdır. Berti Foqtsla işlədiyim qısa müddətdə məndə yaxşı təəssürat qalıb. Bildiyimə görə, oyunlarımızı izləyən alman mütəxəssis məni tərifləyib. Belə deyilir ki, Foqtsun mənə simpatiyası var. Əlbəttə, belə bir tanınan mütəxəssisin rəhbərliyi altında oynamaq istəyimi daha da artırır”.
Daşdəmirovun fikrincə, “altılıq”da yaxşı təsir bağışlayan “Qəbələ”də yığmaya layiqli futbolçular var: “Bunların sayı az deyil. Onların çoxu əsas heyət üzvləridir və özlərini oyunları ilə sübut edirlər. Belə futbolçular yığmaya kömək edə bilərlər. Yığmada öz perspektivimə gəlincə, əlbəttə, heyətə düşmək asan olmayacaq. Ancaq inanıram ki, hər şey mənim üçün yaxşı olacaq”.
Milliləşdirilən legioner olan Arif Rusiyada anadan olub. Ancaq əslən Dağıstandan, milliyətcə ləzgi olan futbolçunu özünü ölkəmizdə əcnəbi saymır: “Burada özümü legioner saymıram. Hər halda, mən Dağıstandanam və Azərbaycanla qonşu ölkədir. Ən əsası, mən də müsəlmanam. Artıq xeyli müddətdir Azərbaycanda oynayıram, yaşayıram. Bura mənim üçün doğmalaşıb. Burada qazandığı pulla ailəmi dolandırıram. Əlbəttə, legionerlərə yerli futbolçularla müqayisədə tələb çoxdur. Mən də üzərimə düşən məsuliyyəti başa düşür və yığmaya xeyir verməyə çalışacağam. Legioner olmasa belə, yerli futbolçular yığmaya kömək edə bilər”.

0
0