Vaqif Cavadov üçün iki məşhur məşqçi
11.05.2010 - 15:59
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov “Qalatasaray” klubunu çalışdırmış mütəxəssislərlə işləyə bilər. Apasport.az saytının məlumatına görə, “Cim Bom”un hazırkı baş məşqçisi Frank Raykaardla sabiq çalışdırıcı Mixael Skibbe Cavadovun şərəfini qoruduğu Hollandiyanın “Tvente” komandasının sükanı arxasına keçməyə əsas namizəd sayılırlar.
Belə ki, ingilis baş məşqçisi Stiv Maklaren Almaniyanın “Volfsburq” klubu ilə iki illik müqavilə bağladıqdan sonra hollandlar yeni çalışdırıcı axtarmağa məcburdur. “Tvente”nin prezidenti Yop Munsterman komandanın sükanı arxasında Skibbe, yaxud Raykaardın iş üslubuna uyğun mütəxəssisləri görmək istəyir. Rəhbərlik komandanı Hollandiya çempionu edən Maklarenin gedişinə təəssüflənsə də, onun qərarına anlayış və hörmətlə yanaşır. “Tvente”nin yüksək səviyyəsini saxlamaq üçün güclü mütəxəssis cəlb etmək istəyən rəhbərliyin əsas namizədi Skibbe sayılsa da, onun Almaniyanın “Ayntraxt” klubu ilə müqaviləsinin olması problem yaradır. Munsterman hələ 2008-ci ildə Raykaarda baş məşqçi postunu təklif etsə də, onun maksimim əldə etdiyi həmyerlisinin həyat yoldaşının razılığını almaq oldu. Ancaq indi vəziyyət dəyişib. Belə ki, “Qalatasaray”a cari mövsümdə nəticə qazana bilmədikdən sonra böyük təzyiqlər altında olan Raykaardın mövsümün sonunda gedişi haqda çoxlu müzakirələr gedir. Enshede şəhərini təmsil edən “Tvente”nin daha əyalət yox, iddialı klub sayılması baş məşqçinin marağını artırır.
Qeyd edək ki, “Tvenet”nin əsas komandasında hələ debüt etməyən Cavadov ötən qış Maklarenin təşəbbüsü ilə transfer olunub.

0
0