Mahmud Qurbanov: Ehtiyatda oturmağı qəbul edə bilmirəm!
11.05.2010 - 23:01
“Uşaq vaxtı ad günümüzü qeyd etdikcə, sevinirdik ki, böyüyürük. Lakin indi fikirləşirəm ki, ömürdən, karyeradan gedir. İstənilən halda, həyat davam edir və ad günlərini qeyd etməlisən. Sadəcə, vaxt sürətlə gedir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanın ən titullu futbolçusu Mahmud Qurbanov deyib.
İki gün öncə həyatının 37-ci baharına qədəm qoyan təcrübəli futbolçusu ötən illəri bu cür xatırlayıb: “Əksər futbolçularımızın uşaqlıq arzusu nə vaxtsa “Neftçi”nin formasını geyinmək olub. Ancaq mənim ən böyük arzum “Kəpəz”in formasını geyinmək, bu komandanın uğurları üçün tər tökmək olub. “Kəpəz”in formasını geyindikdən sonra məqsədim yığmanın heyətinə düşmək olub. Çünki artıq müstəqil ölkə idik”.
10 qat Azərbaycan çempionu olan təcrübəli futbolçusu şərəfini qoruduğu komandaları biri-birindən ayırmır: “Hər klubun özünəməxsus özəlliyi, futbola yanaşma tərzi var. Əsas odur ki, formasını geyindiyim klubların hamısı iddialı olub, mükafatlar uğrunda mübarizə aparıblar. Həm də hər biri mənim üçün əzizdir. Ona görə də, bir-birindən fərqləndirmək istəməzdim”.
Mahmuda karyeranda ən yadda qalan oyunun hansı olduğunu soruşuruq. Cavab bizi təəccübləndirmir: “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku”nda “Pünik”i udmağımız heç vaxt yadımdan çıxmaz. Çünki oyun öncəsi ajiotaj var idi. Görüşün yanvarın 19-da keçirilməsi məsuliyyətimizi bir qədər də artırmışdı. Şükürlər olsun ki, düşməni futbol meydanında məğlub etdik”.
Karyerasından narazı qalmadığını bildirən Qurbanov əvəz olunmağı xoşlamadığını sözlərinə əlavə edib: “Azərbaycan səviyyəsində də olsa, bu qədər titul qazanmışam. Karyeramdan narazı olduğumu deyə bilmərəm. Heç vaxt əvəz olunmağı sevməmişəm. Bir də ehtiyatda oturmağı qəbul edə bilmirəm. Hazırkı vəziyyətim də məni narahat edir. Bu il demək olar, mövsümün çox hissəsini ehtiyatda keçirdim. Mənim üçün normal hal deyil. O ki, qaldı karyeramı nə vaxt bitirəcəyimə, hələ oynamaq istəyirəm. Gedəsi olsam, heç kimdən nəsə soruşmayacağam, birdəfəlik gedəcəyəm”.

0
0