Əfsanəvi kapitan “Qəbələ” ilə 3 illik müqavilə bağlayır
11.05.2010 - 18:30
İngiltərə yığmasının sabiq futbolçusu Toni Adams Azərbaycanda çalışacaq. Apasport.az saytının məlumatına görə, məşhur “Arsenal” klubunun 44 yaşlı əfsanəsi Qəbələnin eyniadlı komandasını çalışdıracaq. Sabah Adams yeni komandası ilə 3 illik müqaviləyə imza atacaq.
Əslində, Adamsın kimliyi haqda nəsə yazmaq mənasızdır. Futbolçu kimi bütün dünyada məşhur ingilisin karyerası o qədər zəngin olub ki, onun haqda kitab yazmaq olar. 1966-cı il oktyabrın 10-da anadan olan Adams mərkəz müdafiəçisi kimi məşhurlaşıb. 1980-ci ildən “Arsenal”la müqavilə bağlayan arxa xətt oyunçusu karyerasını bitirdiyi 2002-ci ilədək “topçular”a sadiq qalıb. 1983-cü ildə əsas komandaya cəlb olunan futbolçu 669 oyuna 48 qol vurub.
1988-ci il yanvarın 1-dən etibarən 22 yaşı tamam olmayan Adams klubun kapitanı olub. Bu sarğını Kenni Sansomdan alan əfsanə düz 14 il, karyerasının sonunadək London təmsilçisini meydana kapitan kimi çıxarıb. O, bu sarğını 8 il əvvəl Patrik Vieyraya təhvil verib.
1988/89, 1990/91, 1997/98 və 2001/02-ci illərdə Premyer Liqanın çempionu olan Adams 3 fərqli onillikdə bu titula sahib çıxmaqla da rekorda imza atıb. Bundan başqa, 1993, 1998 və 2002-ci illərdə İngiltərə kubokunu, 1987 və 1993-cü illərdə Liqa kubokunu, 1991, 1998 və 1999-cu illərdə Superkuboku başı üzərinə qaldıran kapitan 1993/94 mövsümündə “Parma” üzərində qələbədən sonra Kuboklar Kubokunu qazanıb. 2000-ci ildə UEFA kubokunu qazanmasına isə “Qalatasaray” imkan verməyib.
Ölkəsinin gənclər və yeniyetmələr yığmalarında oynadıqdan sonra – 1987-ci ildə Adams əsas milliyə dəvət alır. 66 matça 5 qol vurduğu komanda ilə 3 dəfə Avropa (1988, 1996, 2000), 1 dəfə dünya (1998) çempionatının final mərhələsində iştirak edib. 1994-96-cı illərdə, həmçinin yığma karyerasının son aylarında – 2000-ci ilin avqustundan sonunadək Adams İngiltərə milli komandasında da kapitan sarğısını daşıyıb. 1996-cı ildə Avropa çempionatında bürünc medal qazanan Toninin komandasını yarımfinalda almanlar dayandırıb. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun vaxtilə çalışdırdığı yığma penaltilər seriyasında Adamsın komandasını dayandıraraq, finalda da qalib gəlməklə, çempion oldu.
Adams 6 il əvvəl bütün xidmətlərinə görə Britaniya İmperiyasının Ordeni ilə təltif olunub. 2003-cü ildə futbol veteranının həyatında yeni dövr başladı. O, baş məşqçi fəaliyyətinə “Uikomb Uonderers” klubunda başladı. Elə həmin 2003/04 mövsümündə Adamsın komandası üçüncü dəstədən dördüncüyə yuvarlandı. Növbəti çempionat komandanı geri qaytarmalı olan mütəxəssis 2004-cü ilin noyabrında 53 oyunda rəhbərlik etdiyi klubdan ayrılmaq qərarına gəldi.
2006-cı ilin iyununda “Portsmut”a dəvət olunan mütəxəssis baş məşqçi Harri Rednappın köməkçisi oldu. Sonuncunun Premyer Liqa təmsilçisindən istefa verməsi isə Adamsın yolunu açdı. O, 2008-ci ilin oktyabrından 2009-cu ilin fevralınadək Premyer Liqada baş məşqçi kimi işlədi. Bu postda 22 matç duruş gətirən çalışdırıcı komandanın son pillələrdə qərarlaşması üzündən istefaya göndərildi.
Artıq 15 aydır işsiz olan mütəxəssisin təyinatı rəsmiləşərsə, futbolçu karyerasının zənginliyinə görə Azərbaycana gəlib-getmiş ən məşhurlardan biri sayılacaq.
Qeyd edək ki, Adams Azərbaycan futbolunun tarixinə ilk ingilis legioner kimi düşəcək.

0
0