Qabi Balint: Güclü Azərbaycan yığması ilə oyun bizə faydalı olacaq
12.05.2010 - 09:28
“Biz Avstriya toplanışında iki çətin oyun keçirəcəyik. Rəqiblərimiz güclü Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan milliləri olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova yığmasının baş məşqçisi Qabi Balint deyib.
O, bildirib ki, Azərbaycanla mayın 26-da keçiriləcək yoldaşlıq oyunu komandası üçün böyük əhəmiyyət kəsb edir. Balint bu görüşün komandasına verəcəyi faydanı da açıqlayıb: “Bu matçlar bizə zəruri olan təcrübəni toplamağa kömək edəcək. Üstəlik, oyunçularımızın başqaları ilə müqayisədə nəyə qadir olduğunu görəcəyik. Nəticədə payıza qədər döyüşkən heyəti müəyyənləşdirəcəyik ki, bu komanda da seçmə mərhələdə mübarizə aparacaq”.
Qeyd edək ki, mayın 26-da keçiriləcək Azərbaycan – Moldova görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

0
0