“Qəbələ” klubunun məşqçilər korpusu müəyyənləşdi
12.05.2010 - 09:39
“Qəbələ” klubunun məşqçilər korpusu müəyyənləşdi
“Qəbələ” klubunda çalışacaq əcnəbi mütəxəssislərin tam siyahısı məlum olub. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən təqdimat mərasimi ərəfəsində komandaya ingilis və türk mütəxəssislərin cəlb olunduğu müəyyənləşib.

Belə ki, bundan sonra komandanın icraçı direktoru funksiyasını Alastair Saverimutto yerinə yetirəcək. Klubun yeni baş məşqçisi olacaq ingiltərəli futbol əfsanəsi Toni Adamsın köməkçilərinin də adları məlum olub. Bu gün 3 illik müqavilə imzalanacaq “Arsenal” və İngiltərə yığmasının sabiq kapitanının köməkçiləri həmyerlisi Gari Stivens və bir müddət əvvəl “Qarabağ”dan ayrılan türkiyəli Fatih Kavlak olacaq.