Mahir Şükürov 90 dəqiqə oynadı, “Anji” yenə qələbə görmədi
12.05.2010 - 09:44
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Rusiyanın “Anji” klubunun heyətinə qayıdıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi Premyer Liqanın hesabat turunda Moskva “Dinamo”su ilə ev oyununda (1:1) 90 dəqiqə meydanda olub.
“Anji”nin baş məşqçisi Hacı Hacıyev Moskva “Spartak” ilə səfər oyununa aparmadığı Mahiri növbəti görüşdə əvəzləməyi də lazım bilməyib. Rusiyanın nüfuzlu “Sport-Ekspress” qəzeti Mahaçqala təmsilçisinin meydana çıxan 14 futbolçusundan 11-ə oyununa görə 5,5 bal verib və bunlardan biri də Şükürov olub. Mahaçqaladakı görüşün nəticəsi “Anji”yə qayıdışından sonra qələbə üzünə həsrət qalan, daha çox heç-heçələri sıralayan Hacıyevin seriyasının davamı olub.
Oyunun 30-cu dəqiqəsində hesabda geri düşən Şükürovun komandası cəmi 3 dəqiqə sonra tarazlığı bərpa edib. 10 oyundan sonra hesabına eyni xal olan “Anji” 16 komanda arasında 12-ci yerdədir.
Qeyd edək ki, Premyer Liqada növbəti turun oyunları mayın 14-15-də keçiriləcəyinə baxmayaraq, “Anji” uzun müddət istirahətə çıxıb. Çünki komandanın həmin vaxt “Zenit”lə səfər oyunu iyulun 4-ə təxirə salıb. DÇ-2010-la əlaqədar Rusiya çempionatında da uzun müddətli fasilə yarandığından, Mahirin artıq indidən vətənə dönmək imkanı yaranıb. O, mayın 24-də milli komandamızın heyətində Avstriyaya təlim-məşq toplanışına yollanacaq.

0
0