Savyerimutto: “Qəbələ” 3-5 ilə Avropada iddialı kluba çevriləcək
12.05.2010 - 11:39
Savyerimutto: “Qəbələ” 3-5 ilə Avropada iddialı kluba çevriləcək
“Bu tədbir təkcə “Qəbələ” klubu və mənim üçün deyil, Azərbaycan futbolu üçün həyəcanlı bir mərasimdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun yeni icraçı direktoru Alastair Savyerimutto deyib.

Bu gün keçirilən tədbirdə yeni postuna təqdim olunan futbol funksioneri ölkəmizdə çalışacağından məmnunluğunu açıqlayıb: “Mən buranın mədəniyyətini və bizim işimizin detallarını öyrənmək üçün 9 aydır Azərbaycandayam. Bu təklif mənim üçün güclü infrastruktura və peşəkarlığa söykənən möhkəm və müasir platforma üzərində qurulmuş klub yaratmaq üçün unikal bir şansdır. Sözsüz ki, qarşımızda duran çətinliklər böyükdür. Lakin mən əminəm ki, bizim 3-5 illik strateji planımız “Qəbələ”ni əsl Avropa iddialısına çevirəcək”.

Futbol funksioneri qarşılarına qoyulan vəzifələrin çətinliyini də gizlətməyib: “Karyeram ərzində bur çox klublarda çalışsam da, qarşıma ən çətin, ən mürəkkəb vəzifə “Qəbələ”də qoyulub. 2009-cu ilin avqustun 2-də Bakıya gəldiyim vaxtdan futbolun burdakı durumu haqda məlumatlar toplamışam. Burda futbol inkişaf edir. Bizim məqsədimiz yerli resursları, kadrları artırmaqdır. Burada işlər çox peşəkar səviyyədə qurulub. Akademiyada olduğum vaxt bir insan dedi ki, gör, bu azərbaycanlı ingiliscə necə təmiz danışır. Məni azərbaycanlıya oxşatmışdılar. Ümid edirəm ki, Azərbaycanca da belə danışacağam”.