Vaqif Cavadov iyunun 18-də “Tvente”də debüt edə bilər
12.05.2010 - 10:33
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubunun yeni mövsümə hazırlıq planı məlum olub. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi üçün 2010/11 mövsümü iyunun 14-də başlayacaq. Məşqlərə doğma arenada start verəcək “Tvente” 4 gün sonra “Bennekom”, iyunun 26-da “Hengelo”, ayın 30-da isə “Enshede” ilə yoldaşlıq oyunları keçirəcək. İyulun 1-də “De Zeuv”, iki gün sonra “Kuik-20”ni sınağa çəkəcək yeni baş məşqçi heyətlə bağlı məsələlərə aydınlıq gətirəcək.
Hollandiyadakı 5 sınağa buraxılacağı halda, özünü yaxşı tərəfdən göstərməyə borclu Cavadovun taleyi böyük ehtimalla bu qarşılaşmalarda həll olunacaq. 21 yaşlı hücumçunun yeni baş məşqçiyə özünü göstərmək şansı qazanmaması da mümkündür. Əgər o, icarəyə verilməyib, “Tvente”də qalası olsa və hazırlığın ilk mərhələsindən üzüağ ayrılsa, beynəlxalq turnirin iştirakçısı olacaq.
İyulun 13-də “Emmen”lə yoldaşlıq oyunundan sonra Vaqifin komandası İsveçrəyə yollanacaq. İyulun 19-24-də Uhren kubokunda qüvvəsini sınadıqdan sonra “Yohan Kruiff” kubokunda “Ayaks”la üz-üzə gələcək. Avqustun 8-də yeni Hollandiya çempionatı, sentyabrda isə Çempionlar Liqası start götürəcək.

0
0