“Qəbələ” iki britaniyalı futbolçu transfer edir
12.05.2010 - 11:47
“Qəbələ” iki britaniyalı futbolçu transfer edir
“Qəbələ” iki britaniyalı futbolçu transfer edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə klubun yeni baş məşqçisi Toni Adams açıqlama verib. İngilis mütəxəssis bildirib ki, yeni mövsümdən rəhbərlik edəcəyi komandaya həmyerlilərini də cəlb edəcək: “Təbii ki, 20 ingilis futbolçunu transfer edə bilmərik. Amma iki britaniyalının keçidi gözlənilir. Bunlardan biri şotland, digəri İngiltərənin aşağı dəstəsində çıxış edən futbolçudur”.

Qeyd edək ki, indiyədək Azərbaycan klublarında britaniyalı futbolçu çıxış etməyib.