Ramiz Məmmədov üçün yeni vəzifə
12.05.2010 - 11:53
Ramiz Məmmədov üçün yeni vəzifə
Toni Adamsla müqavilə bağlayan “Qəbələ” rəhbərliyi baş məşqçi postundan ayrılacaq Ramiz Məmmədovu işsiz qoymayacaq. Apasport.az saytının məlumatına görə, 42 yaşlı mütəxəssis yenə komandada çalışacaq. Məmmədov Qari Stivens və Fatih Kavlakla birlikdə Adamsın köməkçisi vəzifəsini tutacaq. Lakin onun bu postu tutması da müvəqqəti xarakter daşıyır. Belə ki, payızda Məmmədovun təcrübə toplamaq üçün Avropa klublarından birinə göndəriləcəyi planlaşdırılır.