“Qəbələ” Toni Adamsdan hələlik nəticə istəmir
12.05.2010 - 11:57
“Qəbələ” Toni Adamsdan hələlik nəticə istəmir
“Qəbələ” klubunun yeni baş məşqçisi Toni Adamsın qarısına qoyulan vəzifələr açıqlanıb. Apasport.az saytının məlumatına görə, ingilis mütəxəssislə 3 illik müqavilə bağlayan komanda rəhbərliyi ondan təcili nəticə tələb etmir.

İlk mövsümdə Adamsdan bu ilki nailiyyəti yaxşılaşdırmaq, yəni ən azı 5-ci yeri tutmaq tələb olunacaq. 2010/11 mövsümünü buna sərf edəcək qəbələlilər yalnız 2011/2012 mövsümündə avrokuboklara vəsiqə qazanmaq arzusundadır. Onlar Adamsınn qarşısına ikinci il bunu bacarmaq vəzifəsi qoyub.