“Zədə almasaydım, bəlkə, başqa bədbəxt hadisə baş verəcəkdi”
12.05.2010 - 12:29
“Həkimlər ev şəraitində zədəmin müalicəsi ilə məşğuldurlar. Artıq ayağımdakı gipsi açıblar. Hazırda özümü əvvəlki ilə müqayisədə gümrah hiss edirəm. Zədə tam sağalmadığından, həkimlər yeriməyimə icazə vermir. Əgər inadkarlıq edib, ayağımı yerə bassam, bu, özüm üçün pis olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və Ağdamın "Qarabağ" klubunun futbolçusu Əfran İsmayılov deyib.
Məşq zamanı ayağı sınan 22 yaşlı futbolçu 2 ay yaşıl meydandan kənarda qalacaq. Amma Əfran bildirib ki, 3 həftədən sonra məşqlərə başlaması istisna deyil: “Ancaq yüngül qaçışla məşğul olacağam. Bildiyiniz kimi, zədəm olduqca ciddidir. İnanıram ki, avrokuboklara vəsiqə qazanan "Qarabağ"ın heyətində növbəti dəfə oynaya biləcəyəm. Əsas məqsədim komandaya kömək etməkdir. Amma zədədən də heç kim sığortalanmayıb. Bəlkə, zədə almasaydım, başqa bədbəxt hadisə baş verəcəkdi".

0
0