“Everton”un əfsanəsi də Azərbaycanda çalışacaq
12.05.2010 - 13:38
Əfsanəvi ingilis futbolçu Toni Adamsla 3 illik müqavilə bağlayan “Qəbələ” daha bir məşhur simanı sıralarına qatıb. Apasport.az saytının məlumatına görə, Adamsın köməkçisi olacaq Qari Stivens də dünya futbolunun tanınan ulduzlarından biridir.
1963-cü ildə anadan olan Stivens peşəkar karyerasını “Everton”da başlayıb. 1982-88-ci illərdə bu klubda 208 matça 8 qol vuran sağ cinah müdafiəçisi 1984/85 və 1986/87-ci illərdə ölkə çempionu, 1985/86-da gümüş mükafatçı olub. 1984-cü ildə İngiltərə kubokunu, 1985-ci ildə Kuboklar Kubokunu qazanır. Bu uğurlar “Everton”un tarixində sonuncu belə nailiyyətlər olduğundan, Stivens də komandasının azarkeşləri tərəfindən unudulmayıb. Belə ki, “Everton”un tarixinin rəmzi yığmasında sağ cinahda məhz Qari yer alıb.
1986-cı ildə dünya çempionatının 1/4 finalında Dieqo Maradonanın oynadığı Argentinaya uduzana İngiltərə yığmasında yer alan müdafiəçi iki il sonra Avropa çempionatında da medalsız qaldı. Lakin o vaxt 25 yaşı olan Stivens klubunu dəyişməkdə israrlı idi. Şotlandiyanın “Reyncers” klubu 1,25 milyon funt sterlinqə müdafiəçini transfer edir. Bu komandada 6 dəfə Şotlandiya çempionu olan müdafiəçi 2 dəfə ölkə, 3 dəfə Liqa kubokunu qazanıb.
1990-cı ildə İtaliyada keçirilən dünya çempionatına yollanan Stivens mundialı 4-cü yerdə bitirir. Ümumilikdə isə yığmada 46 görüş keçirib.
1994-cü ildə 350 min funt sterlinqə aşağı dəstə təmsilçisi “Trenmir Rovers”ə transfer olunan Qari karyerasını elə burada bitirir. 1998-ci ilədək 126 oyuna 2 qol vuran müdafiəçi bütün fikrini təhsilə yönəldir. O, 2002-ci ildə Solford Universitetinin fizioterapiya fakültəsini bitirib. “Bolton” klubunun akademiyasında da fizioterapevt kimi çalışan Stivens “Çester Siti”də məşqçilik də edib. Onun son iş yeri isə Çesire şəhərciyindəki Elsmir-Port Kottec xəstəxanası olub. Həkim burada fizioterapevt kimi fəaliyyət göstərib.
Vüqar XEYRULLAYEV

0
0