“Foqts məni yığmaya çağırmayıbsa, deməli, çatışmazlıqlarım var”
12.05.2010 - 23:15
“Foqts məni yığmaya çağırmayıbsa, deməli, çatışmazlıqlarım var”
“Azərbaycan yığmasının yeni açıqlanmış heyəti ilə tanış olmuşam. Əlbəttə, hər bir futbolçu kimi, mənim də arzum heyətdə mütəmadi yer almaqdır. Amma bunu yığma komandanın məşqçilər korpusu müəyyənləşdirir. Çağırılanda canla-başla oynamışam. Bundan sonra da belə davam etməyə hazıram. Mənim heç kimlə davam yoxdur. Əgər, Foqts məni çağırmayıbsa, nə edə bilərəm? Yəqin ki, çatışmazlıqlarım var və bunu aradan qaldırmalıyam”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın "Qarabağ" klubunun hücumçusu Vüqar Nadirov deyib.

23 yaşlı hücumçu heyətə düşməməsinin səbəbini belə izah edib: “Bildiyiniz kimi, bu il mənim üçün hələ yaxşı alınmır. Tez-tez zədələnirəm. Nə "Qarabağ"ın, nə də yığma komandanın heyətində tam təlim-məşq keçə bildim. Yəqin ki, zədə amili və az oynamağım Foqtsun qərarına təsir edib”.

Qeyd edək ki, Vüqar Nadirov məhz Berti Foqtsun gəlişindən sonra bir müddət çağırılmadığı yığmaya dəvət alıb.