“Atletiko” - Avroliqanın ilk qalibi!
13.05.2010 - 01:12
“Atletiko” - Avroliqanın ilk qalibi!
İspaniyanın “Atletiko” klubu Avroliqanın qalibi olub. Apasport.az saytının məlumatına görə, Kike Sançes Floresinin baş məşqçisi olduğu komanda finalda İngiltərənin “Fulhem” klubuna əlavə vaxtda qalib gəlib – 2:1.

Əsas vaxt heç-heçə (1:1) bitdiyindən qalibi müəyyənləşdirmək üçün hərəsi 15 dəqiqədən ibarət olan iki hissə təyin olunub. Oyunun qəhrəmanı isə uruqvaylı hücumçu Dieqo Forlan olub. Hələ yarımfinalda “Liverpul”la səfərdə keçirilən cavab görüşündə (1:2) əlavə vaxtda vurduğu qolla komandasını finala çıxaran Forlan yenə həlledici qolu son 30 dəqiqədə vurub. Görüşdə dubl edən Dieqo “Atletiko”nun 48 ildən sonra avrokubokların qalibi olmasına imkan yaradıb.

Avroliqanın finalına gedən yolda “Qalatasaray” klubunu kənarlaşdıran madridlilər 1961/62 mövsümündə artıq tarixin yaddaşına köçən Kuboklar Kubokunu qazanmışdı.

“Atletiko” (Madrid, İspaniya) – “Fulhem” (London, İngiltərə) - 2:1
QOLLAR: Dieqo Forlan, 32; 116 - Saymon Deyvis, 37
Hamburq. “Nordbank Arena”

Qeyd edək ki, indiyədək UEFA kuboku adlanan turnir cari mövsümdən Avroliqa adı altında keçirilir.