“Ekol” Azərbaycan kubokunun yarımfinalında meydandan yarımçıq çıxdı
12.05.2010 - 17:49
Azərbaycan kubokunun finalçıları məlum olub. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, bu gün futzal üzrə ölkə kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib. “Neftçi” “Azmetko” 8:6 hesabı ilə məğlubiyyətə uğradaraq, həlledici oyuna vəsiqə qazanıb. “Araz” – “Ekol” oyunu isə cəmi 15 dəqiqə davam edib. Qarşılaşmanın 15-ci dəqiqəsində, “Araz”ın 6:0 hesabı ilə irəlidə olduğunu görən rəqibi oyunu davam etdirməkdən imtina edib.
Qeyd edək ki, kubokun finalı mayın 14-də, saat 17:00-da Bakı İdman Sarayında keçiriləcək.
Qeyd edək ki, kubokun finalı mayın 14-də, saat 17:00-da Bakı İdman Sarayında keçiriləcək.
0
0