“Neftçi” 3-4 il idi ki, belə dəyişikliyə hazırlaşırdı”
12.05.2010 - 23:06
"Qarabağ"la oyundan yaxşı nəticə gözləyirəm. Çünki çoxdandır biz bu komandanı məğlub edə bilmirik. Çoxları "Qarabağ"la qarşılaşmanın vacib olmadığını düşünürlər, ancaq şəxsən mənim üçün növbəti oyun böyük əhəmiyyət kəsb edir". Apasport.az saytının xəbərinə görə, bu sözləri "Neftçi"nin futbolçusu Joze Karlos deyib.
Unibank Premyer Liqasının son turuna ciddi hazırlaşdıqlarını söyləyən braziliyalı hücumçu 2010/11 mövsümü barədə nikbin fikirdədir. O bildirib ki, flaqman gələn çempionatda qızıl medallara sahib çıxacaq: "Mənə elə gəlir ki, komandamızda yaxşı heyət formalaşdırılacaq. "Neftçi" 3-4 il idi ki, belə bir dəyişikliyə hazırlaşırdı. Rəhbərlik mənə inanıb, heyətdə saxladı. Təbii ki, məndə rəhbərlik və azarkeşlər önündə mənəvi borcumu yerinə yetirmək istəyirəm. İnanıram ki, gələn il məhz "Neftçi" çempionluğu bayram edəcək".

0
0