“Neftçi”nin sabiq məşqçisi qovuldu
13.05.2010 - 09:39
“Neftçi”nin sabiq məşqçisi qovuldu
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela yenidən işsiz qalıb. Apasport.az saytının məlumatına görə, 57 yaşlı mütəxəssis vətəni Çexiyada çalışdırdığı “Viktoriya” klubundan da qovulub.

Ötən ilin yayında Petrjela ilə müqavilə bağlayan Jijkov təmsilçisi mütəxəssisi müqavilənin şərtləri yerinə yetirilmədiyi üçün vəzifəsindən kənarlaşdırıb. Belə ki, ikinci divizionda mübarizə aparan “Viktoriya” ilə məşqçi arasında anlaşmanın bəndlərindən biri klubun birinci diviziona yüksəlməsi idi. Mövsümün sonuna 4 tur qalmış liderdən 19 xal geri qalan Petrjelanın komandası bu vəzifənin öhdəsindən gəlməməklə müqavilənin şərti də pozulub.

Qeyd edək ki, Petrjela 2007-ci ilin sentyabrından dekabrınadək “Neftçi”nin baş məşqçisi olub.