“İnter” klubunun hücumçusu Litvaya qayıdır
13.05.2010 - 09:53
Bakının “İnter” klubunun litvalı futbolçusu Robertas Poşkus uzun fasilədən sonra milli komandasına qayıdıb. Apasport.az saytının məlumatına görə, Litva yığmasının baş məşqçisi Raymondas Jutautas mayın 25-də Ukrayna ilə Xarkov şəhərində keçiriləcək yoldaşlıq görüşünə təcrübəli hücumçunu da çağırıb.
Həmin oyuna dəvət edilən 30 futbolçu arasında “Neftçi”nin qapıçısı Paulius Qribauskasın yer alması əvvəldən məlum idi. Ötən yay “İnter”ə transfer olunan Poşkus ölkəmizdə oynadığı bir ilə yaxın müddətdə ilk dəfə çağırılıb. Ancaq “bankirlər”in cari mövsümdə bombardirinin yığmasında oyun baxımından böyük təcrübəsi bar. Belə ki, 1999-cu ildən Litva milli komandasının şərəfini qoruyan Robertas bu müddətdə 41 oyunda 8 qol vurub.

0
0