Azərbaycan yığması braziliyalı legionerlərdən imtina etdi
13.05.2010 - 10:00
Azərbaycan yığması braziliyalı legionerlərdən imtina etdi
Futzal üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, komandamızın baş məşqçisi Joze Alessio Özbəkistanla yoldaşlıq görüşünə 12 oyunçu çağırıb.

Mayın 18-də və 19-da Daşkənddə baş tutacaq qarşılaşmalarda mütəxəssis Marat Salyanski, Elnur Zamanov, Andrey Tveryankin, Rizvan Fərzəliyev, Vitali Borisov, Rəcəb Fərəczadə, Elnur Qəmbərov, Rüfət Balakişiyev, Elvin Quliyev, Hikmət Bağırov, Fərid Atakişiyev və Radik Əhmədova güvənəcək. Braziliyalı çalışdırıcı Avropa çempionatının final mərhələsində yığmamızı uğura daşıyan milliləşən həmyerlilərini bu dəfə heyətə daxil etməyib.