“Qalatasaray”ın futbolçusu “Valensiya”ya keçdi - FOTO
13.05.2010 - 10:05
“Qalatasaray”ın və Türkiyə yığmasının futbolçusu Mehmet Topalın İspaniyanın “Valensiya” klubuna keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” rəsmiləri 24 yaşlı yarımmüdafiəçini 4,8 milyon avroya satdığını açıqlayıb.
Avropada oynamağı arzulayan Topal 4 illik müqavilə bağladığı yeni klubunun heyətində Çempionlar Liqasında qrup mərhələsində iştirak etməklə yanaşı, maddi baxımından da yaxşı qazanacaq. Belə ki, türkiyəli futbolçu bir ildə 1,2 milyon avro məvacib alacaq. “Valensiya” Mehmetə görə ümumilikdə 9,3 milyon avro xərcləməli olacaq ki, bu da türkiyəli futbolçu üçün əcnəbi klublardan ödənən ən yüksək məbləğlərdən biridir.
Qeyd edək ki, Mehmet tibbi müayinədən keçmək üçün həftəsonu İspaniyaya gedəcək.

0
0