Arsen Vengerdən nümunə götürdü, Azərbaycana gəldi - FOTO
13.05.2010 - 10:17
“Mənim ilham pərim Arsen Vengerdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.
“Arsenal” komandasının əfsanəvi kapitanı İngiltərə mətbuatına verdiyi müsahibədə vətəni qədər futbol ölkəsi olmayan Azərbaycana gəlməkdən çəkinmədiyini bildirib. Bu mənada 14 il kapitanı olduğu komandada rəhbərliyi altında oynadığı Arsen Vengerin karyerası Adams üçün heç də az əhəmiyyət kəsb etmir: “Azərbaycana getməyə qərar verdiyim üçün heç kim ağlımı itirdiyimi düşünməsin. Mənim üçün möhtəşəm nümunə gözümün qabağındadır: Venger. O, da “Monako”da qazandığı nailiyyətlərdən sonra uzaq Yaponiyaya getmişdi. “Arsenal”adək “Qrampus Eyt”də çalışıb”.
Qeyd edək ki, 1983-2002-ci illərdə London təmsilçisində çıxış edən və 1988-ci ildən karyerasının sonunadək kapitan olan Adams 6 il Vengerin rəhbərliyi altında oynayıb. 1996-cı ildə baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə də komandanın kapitanını dəyişməyib.

0
0