“Top festivalı” başlayır
13.05.2010 - 13:38
AFFA növbəti “Top festivalı”nı Sumqayıtda keçirəcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkəmizdə futbolun kütləviliyinin təmin olunması məqsədilə AFFA və “Hyundai Auto Azerbaijan”ın birgə təşkilatçılığı ilə növbəti “Top festivalı” mayın 19-da, saat 11:00-da “gənclik şəhəri”ində baş tutacaq.
Tədbirdə iştirak etmək istəyən 14 yaşadək uşaqlar mayın 17-də və 18-də saat 9:00-dan 15:00–dək Sumqayıtdakı Üzeyir Hacıbəyov adına “Kimyaçı” Mədəniyyət Sarayında yerləşən qərargahda qeydiyyatdan keçməlidir. Qalibləri dəyərli hədiyyələr gözləyir.
Qeyd edək ki, indiyə kimi “Top festivalı” Bakı, Gəncə, Lənkəranda olub.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0