“Qoy deməsinlər ki, legionerlərsiz oynaya bilmirlər”
13.05.2010 - 14:06
“Qoy deməsinlər ki, legionerlərsiz oynaya bilmirlər”
“Uşaqlarla sözləşmişik ki, mövsümü major notda bitirək. İndi düşərgədə heç bir legioner futbolçu yoxdur. Onlar artıq evlərindədirlər. “Olimpik-Şüvəlanla” oyunda olduğu kimi, bu dəfə də komandanın formasını yerli uşaqlar geyinəcək. Qoy deməsinlər ki, legionerlər gedib, özümüzünkülər oynaya bilmirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun kapitanı Nadir Nəbiyev deyib.

Bir vaxtlar ölkənin aparıcı klublarında çıxış edən, eləcə də yığmanın formasını geyinən Nəbiyev son il yarımda uğurları üçün tərk tökdüyü “Turan”da qalıb-qalmayacağını bilmir: “Hələ heç nə məlum deyil. Ola bilsin, komandadan ayrılım. Mövsümün gedişində bir neçə baş məşqçi onların rəhbərlik etdiyi komandada oynamaq istədiyimi xəbər almışdılar. Yəqin hələ çempionat başa çatmadığından, real təklif irəli sürən yoxdur”.