Futbolçuları “yatağa salan” Dehar Domenekə məktub yazdı
13.05.2010 - 14:27
Futbolçuları “yatağa salan” Dehar Domenekə məktub yazdı
Futbolçularla cinsi əlaqədə olduğu üçün tanınmış fahişə Zahiya Dehar Fransa milli komandasının baş məşqçisi Raymond Domenekə məktub yazıb. Apasport.az saytının məlumatına görə, hələ 18 yaşı tamam olmamış yığma üzvlərini “yatağa salan” gözəlçə istintaqa cəlb olunan müştərilərinin mütəxəssis tərəfindən cəzalandırılmağının əleyhinədir.

Əslən əlcəzairli olan Dehar məktubunda futbolçuların günahsız olduğunu yazıb: “Cənab Domenek, hakim və vəkillərdə günahsızlıq prezumpsiyası deyilən termin var. Xahiş edirəm ki, siz də bu prinsipə hörmətlə yanaşasınız. Ümid edirəm ki, dünya çempionatı üçün oyunçu seçimində başımıza gələnlər həlledici rol oynamayacaq”.

Qeyd edək ki, Deharın müştəriləri kimi adı hallanan Frank Riberi, Sidney Qovu və Kərim Benzema “üçlüyü”ndən yalnız sonuncu mundial üçün açıqlanan ilkin heyətdən kənarda qalıb.